“ABŞ İranla “altılıq” ölkələri arasında müzakirələrdə konstruktiv nəticənin əldə edilməsinə mane olur”

3 İyun 2012 17:32 (UTC+04:00)

"Altılıq" ölkələri Moskva görüşündə İranın nüvə haqqına diqqət yetirməlidirlər". APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Rusiya-İran Dostluq Cəmiyyətinin prezidenti, professor Aleksandr Polişuk deyib. O bildirib ki, İran nüvə fəaliyyətində NPT müqaviləsinin şərtlərinə əməl edir: " Bu "altılııq" ölkələr ilə İran arasında aparılan müzakirələrdə nəzərə alınmalıdır. Əsassız iddiaları ilə ABŞ müzakirələri doğru səmtdən yayındırmaq istəyir. Bununla da Ağ Ev danışıqlarda konstruktiv nəticənin əldə edilməsinə mane olur. Son bir neçə il, xüsusən də son 15 ay ərzində İran nüvə fəaliyyətində xeyli nailiyyət qazanıb. Buna görə də İrana qarşı irəli sürülən təkliflər paketi əvvəlki şərtləri əks etdirə bilməz". A. Polişuk əlavə edib ki, "altılıq" ölkələri İranın hazırkı imkanlarına uyğun yeni təkliflər paketi təqdim etməlidir: "Bağdad görüşündə İran nüvə haqqını müdafiə etdi. Ümid edirəm ki, Moskva müzakirələrində konkret nəticələr əldə ediləcək".