Şıxəli Qurbanovun oğlu XİN-in Kollegiya üzvlüyündən çıxarıldı

4 İyun 2012 12:46 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İlqar Qurbanov Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Kollegiya üzvlüyündən çıxarılıb. Bununla bağlı baş nazir Artur Rasizadə qərar imzalayıb. İlqar Qurbanov baş nazirin qərarına qədər XİN-in Kollegiyasında xüsusi tapşırıqlar üzrə səfir idi.

Hazırda XİN-in Kollegiyasının üzvü kimi xüsusi tapşırıqlar üzrə səfir olaraq yalnız bir nəfər – Fuad İsgəndərov çalışır.

Qeyd edək ki, İlqar Qurbunov filoloq-alim, şair, yazıçı, dramaturq, ədəbiyyatçı, dövlət və ictimai xadim, 24 may 1967-ci il tarixində sui-qəsd nəticəsində öldürülmüş Şıxəli Qurbanovun oğludur. Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə (ölümündən bir neçə gün əvvəl) Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz Bayramının keçirilməsinə müvəffəq olmuşdu.

XİN-in Kollegiyasının sədri xarici işlər naziri Elmar Məmmədyarovdur. Kollegiyanın digər üzvləri bu şəxslərdir:

Əzimov Araz Böyükağa oğlu — nazir müavini

Xələfov Xələf Alı oğlu — nazir müavini

Məmmədquliyev Mahmud Əhməd oğlu — nazir müavini

Hüseynov Nadir Sabir oğlu — nazir müavini

Paşayev Hafiz Mir-Cəlal oğlu — nazir müavini, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru

İsgəndərov Fuad Eldar oğlu — xüsusi tapşırıqlar üzrə səfir.