“Dağlıq Qarabağın Gömrük İttifaqına qəbulu ilə bağlı söhbətlər qeyri-peşəkarların polemikasıdır”

21 Yanvar 2014 12:45 (UTC+04:00)

Bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi bir şəraitdə Ermənistanın Gömrük İttifaqına qoşulmasına Belarusun münasibətini şərh edərkən deyib.

 

O bildirib ki, bütün iştirakçıların bu məsələyə dair bəyanatları məlumdur: "Yarana biləcək problemlər qərarların qəbulu zamanı diqqətlə nəzərdən keçiriləcək. Bu gün hansısa proqnozlar vermək tezdir. Qərarlar beynəlxalq hüquq çərçivəsində qəbul ediləcək".