Azərbaycan məktəblərində 5-ci sinif müəllimləri təlimlərdə iştirak edəcəklər

4 İyun 2012 17:50 (UTC+04:00)

Azərbaycanda 5-ci sinif müəllimləri üçün 2012-ci ilin iyun və sentyabr aylarında təlim-kursları keçiriləcək.

Azərbaycanın Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlər 10 gün müddətində keçiriləcək. Bu təlimlərin məqsədi isə, 2012/2013 dərs illərində müəllimləri yeni dərs üsullarına örgətmək, onları teoretik və praktik cəhətdən hazırlaşdırmaqdır.

Türkan Nadirqızı

Movqe.Az