Sergey Lavrov: “Biz Azərbaycan və Ermənistanın əvəzindən iş görə bilmərik”

21 Yanvar 2014 12:49 (UTC+04:00)

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoqa kömək etmək istəyir: "Həmsədrlərin müəyyən hazırlıqları var, tərəflər bunları rədd etmir, lakin razılığa gəlmək üçün əlavə səylər tələb edirlər. Biz kömək etməyə hazırıq, ancaq onların əvəzindən bu işi görə bilmərik".

 

Nazir qeyd edib ki, danışıqlarda tərəqqi hər şeydən əvvəl tərəflərin özlərindən asılıdır.