Məşhur aktyor avtomobilini niyə satıb?

21 Yanvar 2014 13:40 (UTC+04:00)

Türkiyənin məşhur aktyoru Tolgahan Sayışman, köhnə sevgilisi Serenay Sarıkaya ilə birlikdə olduğu zaman aldığı "Porsche Panamera" markalı avtomobilini sevgilisi Selen Soyderin qısqanclıqlarından bezib satmaq məcburiyyətində qalıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, hətta aktyorun avtomobilinin seriya nömrəsi özünün və keçmiş sevgilisi Serenayın baş hərflərindən ibarətdir. Bu səbəbdən sevgilisi Selen Soyder bu avtomobilə minməkdən imtina edib.Və buna görə də yaraşıqlı aktyor avtomobilini məşhur reklamçı olan Enis Özkana satıb.