Röya Ayxan haqqında erotik roman yazılıb

21 Yanvar 2014 17:25 (UTC+04:00)
Müğənni Röyanın həyatından bəhs edən roman çap edilib 

"Qafqazinfo"ya daxil olan məlumata görə, Cavid Zeynallının "Leyla" romanında müğənni Röya Ayxanın həyatının hamıya bəlli olan tərəfləri açıqlandığı kimi onun gizlinləri də gün üzünə çıxır. Qəhrəmanın adı da Leyla Ayxandır. Romanda Röyanın məşhurluqdan əvvəlki ağır və keşməkeşli illəri təsvir olunub.

Röyanın atasız böyüməsindən, ingilis dili müəlliməsi olan anasının qulluqçuluq edib onları saxlamasından, anasının onu quru çörək dalınca göndərməsindən, "W-Trio" günlərində yaşadığı əzablardan, gecələməyə yer tapmayıb restoranlarda yatmasından, "Bakı payızı" müsabiqəsində qələbə qazanmağından bəhs edən roman müğənninin efir qadağasından sonra qarşılaşdığı hadisələri əks etdirir.

Yazıçı Röyanın dostları, məktəb və İncəsənət Universitetindəki yoldaşları ilə görüşərək müğənninin həyatı ilə bağlı heç kimə məlum olmayan faktları toplayaq onları bədiiləşdirib. Röyanın bəstəkarla tələbəlik illərində yaşadığı eşq də geniş şəkildə göstərilib.

Şou-biznesi idarə edən gizli mafiyanın Röya ilə xüsusi amansızlıqla rəftarı romanda sənədlər əsasında əks edilib.

Röya Ayxanın özündən xəbərsiz yazılan bu romanına necə reaksiya verəcəyi hələ də bəlli deyil.