"Muhteşem Yüzyıl" serialının aktrisasından evlilik açıqlaması

22 Yanvar 2014 11:11 (UTC+04:00)

Rəfiqələri ilə birlikdə Akmərkəzdə gəzərkən görüntülənən Türkiyənin sevilən aktrisası Pelin Karahan rəfiqəsi üçün evlilik hazırlıqları etdiyini və bu səbəblə alış-verişə çıxdığını söyləyib. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, müxbirlərin sizin toy nə vaxt olacaq sualına gülümsəyən Karahan; "İkinci evliliyimin olmasını istəyirəm ama indi yox" deyə cavab verib.