Məşhur aktyor reklam şirkəti ilə 1milyon dollarlıq razılaşma imzalayıb

22 Yanvar 2014 14:21 (UTC+04:00)

Türkiyənin yaraşıqlı aktyoru Burak Özçivit, bir içki firmasından sonra indi də daha əvvəl reklam üzü olduğu şampun firmasıyla 1 milyon dollarlıq razılaşmanı yeniləyib. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, sevilən aktyorun şöhrəti gün keçdikcə daha da artır. Xüsusilə də canlandırdığı Malkoçoğlu xarakterindən sonra böyük bir heyran kütləsinə sahib olan Özçivitə bu rol üçün buraxdığı bığ uğur gətirib.