Uşaqlarda qısqanclıq hissi nəylə nəticələnə bilər?

5 Aprel 2012 16:19 (UTC+04:00)

Qısqanclıq hissi yəqin ki, bir çox insana məxsuzdur. Lakin bəzən insanlar bu hissin qurbanına çevrilirlər.

Psixoloqların sözlərinə görə qısqanclıq hissi uşaq yaşlarından oyanır. İlk növbədə 3-5 yaşlı uşaqlarda ataya və anaya qarşı olan qısqanclıq hissi olur. Adətən qızlar atalarını analarına qısqanırlarsa, oğlanlar uşaq yaşlarında atalarını analarına qısqanırlar. Lakin bu heçdə qorxulu bir hal deyil. Çünki uşaq yaşlarında bu proses belədə olmalıdır.

Daha sonra isə uşaqlar bacı və qardaşlarını qısqanmağa başlayırlar. Psixoloqlar bununda normal bir hal olduğunu qeyd edirlər. Çünki o yaşda bucür qısqanma halları mütləqdir. Lakin uşaq artıq böyüdükcə bu hisslərdən azad olmalıdır.

Bir çox psixoloqların fikrincə, yetkin insanlarda qısqanclıq hissinin olması, onlarda psixoloji durumun yaxşı olmadığından xəbər verir. Bəzən qısqanclıq hissinə səbəbkar valideyinlərin özləridə olur. Çünki elə ailələr var ki, valideyin bir övladına digərindən daha çox qayğı göstərir. Bu isə uşaq beynində müəyyən izlər qoyur. Sonradan onlar hər kəsi qısqanmağa başlayırlar. Yəni bu hal onlarda bir növ xəstəliyə çevrilir.

Qısqanclıq hissi nə vaxtsa qayğı görməmiş və yaxud hətdindən çox görmüş insanlarda yaranır. Bu səbəbdən də, valideyinlər övladlarını uşaq yaşlarında düzgün tərbiyyə etməlidirlər.

 

Türkan Nadirqızı