Abşeronda soyğunçu dəstə yaxalandı

23 Yanvar 2014 09:30 (UTC+04:00)
Abşeron polisi mağazadan oğurluq edən şəxsləri saxlayıb. Movqe.az APA-ya istinadən xəbər verir ki, Masazır qəsəbə sakini Famil İsmayılov həyətyanı sahəsindəki mağazadan naməlum şəxslərin oğurluq etməsi ilə bağlı polisə müraciət edib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində sözügedən mağazadan 115 manat dəyərində danışıq kartları və 28 manat pulu oğurlayan şəxslər müəyyən edilərək saxlanılıb. Məlum olub ki, oğurluq hadisəsini 1994-cü il təvəllüdlü Rəhimov Mülkədar Ələkbər oğlu və 1996-cı il təvəllüdlü Heydərov İbiş Bəhlul oğlu törədib.İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini boyunlarına alıblar. Həmçinin məlum olub ki, bu onların ilk oğurluq əməli deyil. Saxlanılan şəxslər bundan əvvəl də Masazır qəsəbəsindəki "Tural Market"i və bir avtomobili qarət ediblər. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.