800 MB 1 saniyədə yüklənəcək !

23 Yanvar 2014 15:20 (UTC+04:00)

Cənubi Koreyalı mütəxəssislər internet istifadəçilərinin xəyalinı reallaşdırmaq üçün işlərə başlayıb.  Movqe.Az xəbər verir ki, normal internet sürətindən 1000 qat daha sürətli olan və 5G deyə adlandırılan bir sistemi 2020-ci ilə qədər təkmilləşdiriləcək. Əvvəl Cənubi Koreyada daha sonra dünyadakı istifadəçilərin xidmətinə təqdim ediləcək.

Cənubi Koreyada 5G kabelsiz internet ilə yalnız bir saniyədə 800 MB-lıq film yüklənə biləcək və 6 il ərzində bu texnologiyanın bütün ölkələrdə sürətlə yayılması gözlənilir. Cənubi Koreyalı mütəxəssislərin bunu bacarsa, kabelsiz İnternetdə inqilab olacaq. 800 MB-lıq bir filmi 1 saniyədə yükləyə biləcək texnologiyanın inkişaf etdirilməsi üçün 1.5 milyard dollarlıq  investisiyanın lazımlı olduğu deyilir.