Azərbaycanlı müğənni özünü sığortalatdı

24 Yanvar 2014 10:17 (UTC+04:00)
Müğənni Günay İbrahimli həyatını sığorta etdirib.  Movqe.az  Axşam.az-a istinadən xəbər verir ki, Günay təklifi sığorta şirkəti tərəfindən aldığını bildirib:  "Təklif sığorta şirkətindən gəldi. Həmin insanların məclisində çıxış etmişdim. Onlarda ifamı bəyənmişdilər. İnsanın həyatda başına hər iş gələ bilər. Sabahımızdan əmin deyilik. Buna görə də təklifi məmnuniyyətlə qəbul etdim. Artıq həyatım sığortalanıb, nəsə baş versə, mənə 100 min manat ödəniləcək".