Hərbi əməliyyatlar səngimir

5 İyun 2012 12:24 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İslamabadın qarşı çıxmasına baxmayaraq Pakistandakı Əl Qaidə fəallarına qarşı hava əməliyyatları davam edir. Dünən Şimali Vəziristan bölgəsində reallaşan hücümda 15 nəfər həlak olub.Hücumda həlak olan insanlar arasında əcnəbi militantların da olduğu deyilib.
Xatırladaq ki, Əfqanıstan sərhədində yerləşən Cənubu və Şimali Vəziristan bölgəsində son bir həftə ərzində 11 hücum reallaşıb.2008-ci ildən başlayan ABŞ hücumlarına Pakistan rəhbərliyinin qarşı çıxmasına baxmayaraq həmlələr səngimək bilmir.İslamabad ABŞ tərəfindən həyata keçirilən hücumların nəticələrinin pis olduğunu, ABŞ əleyhdarlarını qızışdırdığını bildirib.