"Günəşli" yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib

24 Yanvar 2014 20:42 (UTC+04:00)

Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 19-cu özüldən 73 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. ARDNŞ-nin rəsmi saytında verilən məlumata görə, quyu məhsuldar qatın Balaxanı lay dəstəsinin X horizontundan 2825-2785 metr intervaldan sutkalıq 90 ton neft və 15 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Təmir işləri "28 May" adına NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib.