Gəncədə 23 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb

25 Yanvar 2014 16:21 (UTC+04:00)

Gəncənin Kəpəz rayon Polis İdarəsindən APA – ya verilən məlumata görə, hadisəsi yanvarın 25-də günorta saatlarında şəhərin DOS 102 adlanan ərazisində baş verib.

 

Şəhər sakini, 1991-ci il təvəllüdlü Cabbarova Ayşən İntiqam qızı evində pərdə asarkən 7-ci mərtəbədən pəncərədən yerə düşüb.

 

Ölümcül vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan A. Cabbarova dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.