"Muhteşem Yüzyıl" serialında kimin sonu yaxınlaşır?

26 Yanvar 2014 12:24 (UTC+04:00)

"Star TV"in maraqla izlənilən serialı "Muhteşem Yüzyıl" serialının yeni bölümünün fraqmanı yayımlanıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, son bölümdə atasının narahatlığı səbəbiylə İstanbula gələn Şahzadə Mustafanın xalq və əsgərin üzərindəki təsiri Hürrem Sultanı qorxudub. Bu səbəbdən, Rüstəm Paşa ilə onu dayandırmaq məcburiyyətində olduqlarına qərar verirlər və Mustafaya tələ planlaşdırarkən Mihrimahı da yanlarına çəkəcəklər. Mihrimahın böyük qardaşına xəyanəti tam fərqli hadisələrə səbəb olacaq.