Bu qidalar sizi günəşdən qoruyur - FOTOLAR

5 İyun 2012 15:56 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Yay fəslində günəşdən qorunmaq üçün yalnız günəş kremi istifadə etməniz və ya şlyapa, kepka, eynək taxmanız lazım olduğunu düşünürsünüzsə səhv edirsiniz. Gündəlik həyatda tez-tez qəbul etdiyiniz yeməklərin bədəninizi günəşin zərərverici təsirlərindən qoruduğunu bilirdiniz?

"Foxnews" adlı internet saytında yerləşdirilən xəbərə görə, yeməklərdə günəş qoruma faktorunun tərkibində olan bəzi antioksidan komponentləri var.

Bitkilər öz hüceyrələrini istilik, işıq, hava, nəm kimi xarici təsirlərdən qorumaq üçün öz toxumaları içində antioksidanlar yaradırlar.

Bitkilərdə olan bu antioksidanları qəbul etdiyimiz zaman bu təbii ötürücülər dəri hüceyrələri də daxil olmaqla bədənimizin hüceyrələri üçün qoruyucu rol oynayırlar. Bəzi yeməklər bizə günəşdən gələn UVA və UVB şüalardan yaranan dəridəki problemləri azaltmağa kömək ola bilər. Bizi günəşin zərərli şüalarından qoruyan qidalar bunlardır:

Rəngli bibərlər: Çox gözəl və ləzzətli görünən qırmızı, sarı və narıncı bibərlər karotenoid olaraq adlandırılan təbii piqmentler tərəfindən rəngləndirilirlər. Bu antioksidanlar A vitamininə çevrilir və dəri hüceyrələrinin ətrafındakı incə yağ layının pozulmasına maneə törədərək qorumağa kömək edir.

Tam yetişmiş qırmızı pomidor: Təbii antioksidan piqmenti olan likopenler yetişmiş qırmızı pomidora qırmızı rəng verir. Yeməklərdə olan digər antioksidan komponentləri kimi likopen də dəri hüceyrələrini günəşə məruz qalmaqdan qoruyur.

Qarpız: Qarpız da qırmızı rəngini pomidor kimi likopen pigmentinden alır. Yay gələndə və günəş daha isti və parlaq olan zaman dəri hüceyrələrinizi sərinlətmək üçün bol bol qarpız yeyin.

Yaşıl çay: Kardiyovaskuler funksiyaları yaxşılaşdıran, anti-xərçəng təsiri göstərən, immunitet sistemini möhkəmləndirən, bədəni mikroblardan təmizləyən, kilonun tənzimlənməsinə kömək edən yaşıl çay, həmçinin UVA və UVB şüalarına qarşı dəri hüceyrələrinizi qoruyur. "Polyphenol catechins" olaraq adlandırılan antioksidan komponentləri dərini super güclü bir qoruma ilə təmin edir.

Kakao: Sudan sonra qəbul etdiyiniz ən sağlam maddə, 712 komponent ehtiva edən çox güclü bir içki kakaodur. Kakaodakı flavanol adlı antioksidanlar ürəyiniz üçün ciddi bir qorumanı təmin edir: infarkt, iflic və yüksək qan təzyiqi riskini aşağı salmağa kömək edir. Lakin eyni komponentlər dəri hüceyrələrinizin qorunmasına da kömək edir. Həqiqi tünd şokolad ilə bütün orqanik kakao nüvəsini qəbul edin.

Balıq: Ürək üçün mükəmməl qorumanı təmin edən omeqa-3 yağ turşuları eyni zamanda dərinizi də qoruyur. Bu komponentlər bütün sağlamlığınızı qorumaq və özünüzü yaxşı hiss etməniz üçün yaxşıdır. Bundan əlavə, dəri hüceyrələrinizin sağlam qalmasına da kömək edən omeqa-3 yağ turşularını balıq yağı ilə qəbul edə bilərsiniz.