Məhəbbət Kazımova həkimlər 3 ay yaşama diaqnozu qoydular amma...

27 Yanvar 2014 12:48 (UTC+04:00)
Əməkdar artist Məhəbbət Kazımov bu gün  evində dünyasını dəyişib. Mövqe.az xəbər verir ki, M. Kazımov şəkər və təzyiqdən əziyyət çəkirmiş. Müğənninin yaxınları Mövqe.az-a açıqlamasında M. Kazımovun qıcolmadan vəfat etdiyi faktını təsdiqləyiblər.  Son vaxtlar həkim nəzarətində olan müğənniyə 3 ay yaşama diaqnozu qoysalar da, ömür etibar etməyib. 


Qeyd edək ki, 3 övlad atası, əsl adı Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub.


Allah rəhmət eləsin!