Hollandenin tarixi səfəri başlayır!

27 Yanvar 2014 13:17 (UTC+04:00)

Fransa prezidenti Fransua Hollande , 22 il aradan sonra hər iki ölkə üçün də böyük əhəmiyyət daşıyan ziyarətinə bu gün başlayır.

Movqe.Az xəbər verir ki, Hollande , həm özü həm də Türk hökuməti baxımından çətin bir siyasi gündəmlə gəldiyi Ankarada , hər şeyə rəğmən 500 illik Türk- Fransa əlaqələrinə yeni bir təcil qazandırmağa çalışacaq. Hollande bu gün əvvəl Ankara, daha sonra İstanbula gedəcək.

 Çankaya Köşkündə Abdullah Gül ilə 14.45-də bir araya gələcək, ortaq protokollar imzalanacaq.