Movqe.Az "Euronews"a istinadən xəbər verir ki, İtaliyada mafiaya qarşı böyük həcmli əməliyyat icra edən təhlükəsizlik qrupları, beynəlxalq narkotik trafikinə zərbə vurub.
İtalyan polisi, ölkənin şimal-qərbindəki Piedmont bölgəsində apardığı əməliyyat nəticəsində, Cənubi Amerikadan gəmilərlə İtaliyaya gətirilən 6 ton kokoin ələ keçirib.
Polis, Avropa daxilində fəaliyyət göstərən çox sayda mafia üzvünü də həbs edib.