Kenan Doğulunun konsertini məşhur aktyor izləyəcək

28 Yanvar 2014 11:10 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Kenan Doğulu ilk dəfə olaraq Avstraliyada konsert verəcək. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, müğənninin konsertini izləyənlər arasında Cem Yılmaz, Yılmaz Erdoğanla bərabər Oskarlı aktyor Rasil Krou da olacaq. Qeyd edək ki, Kenan Doğulu 1 fevralda Melbourne şəhərindəki Dallas Brooks Centre salonunda səhnəyə çıxacaq.