Aişvarya Ray arıqlaya bilmir-FOTO

5 İyun 2012 16:53 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bollivud aktrisası Aişvariya Ray hamilləlikdən sonra dəhşətli dərəcədə kökəlib. Mətbuatda yayımlanan axırıncı şəkillərindən hətta çoxlarına onu tanımaq belə çətin olub. Noyabr ayında qız övladını dünyaya gətirən aktrisa hələ arıqlaya bilməyib. Çoxları onu buna görə tənqid də edib və onun Hind kinosuna qəsdən ziyan vurduğunu söyləyib. Aişvariya isə deyib: "Mənim arıqlamaq fikrim yoxdur və bədənim zaman keçdikcə öz əvvəlki formasını alacaq. "