Milyarderin lezbiyan qızı məktub yazdı

29 Yanvar 2014 12:03 (UTC+04:00)

Honq Konq milyarderinin qızı onunla evlənəcək kişinin lezbiyan olmasını qəbul etməsinə məcbur edən açıq məktub yazıb. Onun bu məktubu cənubu Çin "Morning Post" qəzetində yayımlanıb. Gigi Çao: "Sesil Çao partnerini qəbul edə və onunla normal, ləyaqətli insan kimi rəftar edə bilər" deyib.  Fransada 2012-ci ildə  partneri Sean Eav  ilə uzun-müddətli evllik edən 33 yaşlı xanım Çao : "Dünyada çox kişi ola bilər, lakin onlar mənə uyğun deyil".  Xanım Çaonun atası cənab Çao2012-ci ildə qızıyla evlənəcək kişiyə 65 milyon dollar vəd etmişdi. Honq Konq isə 1991-ci ildə eynicinsliliyi cinayət məsuliyyəti olmaqdan çıxarmışdı. Cənab Çao ötən il "BBC"yə açıqlamasında qızına "yaxşı ər" lazım olduğunu demişdi. O, qızının qəbul edəcəyi kişiyə öz mülkünü vəd etmişdi. Xanım Çao, məktubunda ərdən daha çox, yaxşı dosd istədiyini söyləyib.

Xatırladaq ki, Milyarder Çao , 33 yaşındakı qızı Giginin doqquz ildir birlikdə olduğu sevgilisi Sean Eav ilə 2012-ci ildə Fransada evlənməsindən sonra qoyduğu 500 milyon Hong Kong dollar mükafatı iki qatına çıxarmışdı. Çaonun iki il əvvəlki təklifindən sonra dünyanın hər tərəfindən 20 min kişi , gənc qadını özünə məftun etməyə çalışmış, lakin müvəffəq ola bilməmişdi.

 Malayziya mətbuatına danışan 77 yaşındakı ata , "Qızımın şəxsi həyatına qarışmaq istəmirəm. Onun yalnız yaxşı bir evlilik edib, uşaq sahibi olmasını və işlərimdə mənə kömək etməsini istəyirəm" demişdi.