ANS-lə bağlı daha bir şayiəyə aydınlıq gəldi
29 Yanvar 2014 19:06 (UTC+04:00)
Məsələ ondan başladı ki, saytlardan biri ANS
TV-nin "Salam Azərbaycan" verilişinin aparıcısı Aytən Səfərovanın
"Facebook" səhifəsində araşdırma apardı və
yazdı:
"Teleaparıcı sosial şəbəkədə fotosunu paylaşaraq
""ATV"nin qrim otağında.. Tezliklə" şərhini yazıb. Səfərovanın bu
addımı sosial şəbəkədə teleparıcının "ANS"dən ayrılıb "ATV"də
fəaliyyətə başlaması haqda xəbərlərin yayılmasına səbəb olub. Lakin
teleaparıcı bu haqda verilən sualları cavabsız qoyaraq "açması az
sonra" şərhini yazıb. Qeyd edək ki, Aytən Səfərova ANS-də "Salam,
Azərbaycan" proqramının aparıcısı idi".
Elə həmin sayt da məsələ ilə bağlı ANS Şirkətlər
Qrupu prezidentinin müşaviri Mais Məmmədova müraciət etdi və bu
cavabı aldı:
"Bunlar şayiədir, hər gün biri çıxır. Gah ANS
satılır, gah Mirşahin Ağayev BBC-yə işləməyə gedir. Aytən də
işdədir, normal işləyir. Yorulmuşuq şayiələrdən, ona görə məcburuq
kim haqqımızda yazır məhkəməyə verək. Başqa çıxış yolumuz
yoxdur".
Məsələyə Aytən Səfərovanın öz cavabı ilə nöqtə
qoyuldu:
""ATV"nin Televiziya günü münasibəti ilə çəkdiyi
filmlə əlaqədər "ATV" ekranlarında olacam. Film Azərbaycan
televiziyalarının tarixi, cəmiyyətdəki rolu və bir çox proseslərdən
bəhs edəcək. Çox maraqlı filmdir, həmçinin "ANS" şirkətlər qrupunun
prezidenti Vahid Mustafayev "ANS"in tarixindən, verilişlərdən
söhbət açacaq. Filmdə nəinki "ATV" və "ANS", bütün kanallardan
nümayəndə iştirak edəcək. Təbii ki, mən də orada olacam. Mən
"ANS"in simasıyam, Azərbaycan teleməkanında ən reytinqli səhər
verilişinin aparıcısıyam və bununla fəxr
edirəm".
Vəssalam, məsələ yoluna
qoyuldu.