Elmar Məmmədyarov Almaniyaya səfərə gedib

30 Yanvar 2014 19:10 (UTC+04:00)

Nazir Elmar Məmmədyarovun səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub

Nazir Elmar Məmmədyarov Almaniyaya yola düşüb. Xarici İşlər Nazirliyinin saytında verilən məlumata görə, Elmar Məmmədyarov 31 yanvar-2 fevral tarixlərində keçiriləcək Münhen təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyaya yollanıb.


Münhen təhlükəsizlik konfransında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.