"First Lady" nəhayət danışdı!

30 Yanvar 2014 18:46 (UTC+04:00)

Fransanın keçmiş birinci xanımı Valerie Trierveiler , çalışdığı Paris Match jurnalı və Le Parisien qəzetinə verdiyi açıqlamada , səmimi etiraflar edib.  Hollandenin çox qadınla münasibətdə olduğuna dair dedi-qodular çıxdığını , Culie Qayetlə də haqqında söz-söhbətlər eşitdiyini söyləyən Trierveiler , " O qədə çox dedi-qodu vardı ki , artıq heç birinə qulaq asmırdım . Mənim haqqımda belə danışırdılar. Amma həqiqəti öyrənəndə özümü göydələndən düşmüş kimi hiss etdim .İnsanlar çox az bilir lakin anam kasir idi , atamın bir qıçı kəsilmişdi. Son aylarda , əslində nə qədər şanslı olduğumu anladım. Yenidən keçmiş həyatıma dönürəm , lakin yeni təcrübələrlə" bildirib.