Vəfa: “Brend olmuşam...”
31 Yanvar 2014 14:41 (UTC+04:00)
Əməkdar artist Vəfa Zeynalova sənət aləminin tanınmış
simalarından danışıb.
Axşam.az-ın məlumatına görə, "Bığ" şouya qonaq olan aktrisa özünün
və sənət dostlarının brendə çevrildiyini bildirib:
"Müəyyən insanlar var ki, artıq brend olub. Eləcə də mən özüm
brendə çevrildim. Biz özümüzü xalqa tanıtdıq, sevdirdik. Bunlar
bizi bir brendə çevirdi. Mən fikirləşirəm ki, indi bir kənara
çəkilib sakitcə gündəmi izləmək məsləhətdir. Mən özüm üçün bu
qaydanı qoymuşam. Çünki hər gün nəsə etmək tamaşaçını yorur. Mən
əməkdar artistəm, xalqın sevimlisiyəm. Bununla da fəxr edirəm. Bu
məni hər zaman gündəmdə saxlayacaq".