Hillari Klintonun Azərbaycana səfəri başlayır

6 İyun 2012 11:41 (UTC+04:00)

Bu gün ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri başlayır. Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri Bakıya Ermənistan və Gürcüstandan sonra gəlir.

Hillari Klinton Bakıda Azərbaycan prezidenti İlham Əliyev, azərbaycanlı həmkarı Elmar Məmmədyarov, eləcə də, vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək. Dövlət katibinin səfəri zamanı regiondakı vəziyyət, strateji tərəfdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi, habelə enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır