Nazir müavini Qarabağ qaziləri ilə görüşdü
31 Yanvar 2014 17:58 (UTC+04:00)
Yanvarın 31-də Əmək və əhalinin sosial müdafiəsi
naziri Səlim Müslümov "Vətən Əlilləri" İctimai Birliyinin sədri
Firudin Məmmədovu, "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri
Etimad Əsədovu və Birliyin üzvləri Rey Kərimoğlunu, Rizvan Vəliyevi
və Yaşar Həziyevi qəbul edib. Movqe.az xəbər verir ki, Səlim
Müslümov ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə
fiziki sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsinin
daim möhtərəm Prezident İlham Əliyevin diqqətində olduğunu
vurğulayıb, Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət
qayğısının daim artmaqda olduğunu deyib.Nazir son vaxtlar dövlət
başçısının tapşırığı əsasında əlil və şəhid ailələrinin
mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müharibə əlillərinin
nəqliyyat vasitələri ilə təminatının daha da gücləndirilməsi
istiqamətində görülən işlər barədə məlumat verib. S.Müslümov
həmçinin tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi,
sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara yüksək keyfiyyətli
xidmətin göstərilməsi, bu xidmətlərdən istifadədə nöqsan və
çatışmazlıqların aradan qaldırılması və şəffaflığın təmin olunması
istiqamətində işlərin aparıldığını deyib. E.Əsədov görüş
iştirakçıları adından Qarabağ müharibəsi əlillərinin sosial
müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini diqqətə
çatdırıb. S.Müslümov nazirliyin səlahiyyətlərinə aid məsələlərin
həll olunması üçün müvafiq işlərin görülməsi barədə aidiyyatı üzrə
tapşırıqlar verib.Görüş iştirakçıları bu təbəqədən olan insanların
həyatda rastlaşdıqları problemlərin həllinin yalnız Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid
olmadığını bildirərək, həmin problemlərin kompleks şəkildə həlli
ilə məşğul olmaq üçün nazirliyin yanında ayrı-ayrı dövlət
qurumlarının təmsil olunduğu komissiyanın yaradılması təklifini
irəli sürüblər. Təklif müsbət dəyərləndirilib və reallaşdırılması
üçün müvafiq addımların atılacağı bildirilib.F.Məmmədov Qarabağ
müharibəsi əlillərinin sosial müdafiəsi sahəsində Prezident İlham
Əliyevin rəhbərliyi ilə mühüm işlərin görüldüyünü və bütün Qarabağ
müharibəsi döyüşçülərinin Ali Baş Komandanın sadiq əsgərləri
olduğunu vurğulayıb.İctimai Birliklərin üzvləri son zamanlar
Qarabağ müharibəsi əlili adından sui-istifadə hallarını pisləyərək,
belə halların hər hansı problemin həllinə deyil, əslində cəmiyyətdə
ajiotaj yaratmağa yönəldiyini ifadə ediblər.Görüş iştirakçıları
qaldırılan məsələlərin həllinə diqqət və qayğı ilə yanaşılmasından
razılıqlarını bildiriblər.
Qeyd edək ki, bu görüş son üç ayda nazir Səlim Müslümovun
ictimai birliklərlə keçirdiyi 8-ci görüşdür.