2500 kilometr yol gedəcək

6 İyun 2012 12:17 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, uzun bir gecikmədən sonra günəş enerjisi ilə işləyən "Solar Impulse" adlı təyyarənin Fez səfəri başlayıb.

Şiddətli külək səbəbi ilə keçən həftə səfəri təxirə salınan təyyarə İspaniyanın paytaxtı Madriddən Fezin paytaxtı Rabata yola düşmək üçün havaya qalxıb.

İlk uçuşunu İsveçrədən Brükselə, ikinci uçuşunu isə keçən il Paris-Brüksel arasında edən "Solar Impulse" adlı təyyarə bir damcı yanacaq istifadə etmədən İsveçrə-Fez arasındakı 2500 kilometrdən çox yolu qət etməyə çalışacaq.