Xarici işlər nazirləri Parisdə görüşəcək

6 İyun 2012 12:22 (UTC+04:00)

Movqe.az NEWS.am saytına istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Parisdə görüşəcək. Elmar Məmmədyarovun Edvard Nalbandyanla görüşü ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutacaq. Bu barədə sayta Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan məlumat verib.