Rza Zərraba 37, iqtisadiyyat nazirinin oğluna 336 il həbs cəzası
1 Fevral 2014 00:05 (UTC+04:00)
Məşhur iş adamları və nazir övladlarının həbs olunduğu 17 dekabr
"Böyük rüşvət" əməliyyatını icra edən prokurorlardan Cəlal Karanın
vəzifədən uzaqlaşdırılmasından sonra işə baxılması prokuror Əkrəm
Aydınerə tapşırılıb.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə
prokurorluğu mənbələrindən yeni prokurorun əvvəlki həmkarının
hazırladığı iddianaməni nəzərə almayacağı, yenidən yazacağı
bildirilib. Həmçinin, prokurorluq qaynaqlarından əldə edilən
məlumata görə, Rza Zərrab, Süleyman Aslan, Barış Gülər və Kaan
Çağlayanın təhqiqatları ilə əlaqədar iki iddianamə hazırlanıb.
İddianamədə Zərrabın bir nömrəli şübhəli şəxs olaraq göstərildiyi,
100-ə yaxın rüşvət alıb-vermə hadisəsində iştirak etdiyi ifadə
edilib. Bununla yanaşı, Zərrabın qızıl qaçaqmalçılığı etdiyindən də
danışılıb. Bütün cinayətlərinə görə isə 37 ilə qədər həbs istəyiylə
mühakimə olunması istənilib. İddianamədə eks Daxili İşlər Naziri
Müammer Gülərin oğlu Barış Gülər haqqında 137 il həbs cəzası
alması, keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaanın 52
milyon dollarlıq rüşvət almasına vasitəçilik etdiyi iddiasıyla isə
336 ilə qədər həbs cəzası verilməsi tələb edilib.