Qar yağacaq və yollar buz bağlayacaq

1 Fevral 2014 10:28 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə və səhər 4-6, gündüz 1-3 dərəcə şaxta olacağı gözlənilir.  Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə duman olacağı, yolların buz bağlayacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 0-4, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir.