Medvedyevdən maraqlı etiraf

23 Noyabr 2011 20:09 (UTC+04:00)

Rusiya Prezidenti Dmitri Medvedyev bildirib ki, Rusiya 2008-ci ildə Qafqazda etdikləri ilə NATO-nun genişlənməsinin qarşısını aldı. Dövlət başçısı bu fikirlə Vladiqafqazdakı 58-ci ordunun qərargahında hərbçilərlə görüşü zamanı çıxış edib.

"Əgər biz 2008-ci ildə geri çəkilsəydik, başqa cür geosiyasi vəziyyət yaranardı və süni şəkildə Şimali Atlantika Alyansına aparılmalı olan bir sıra ölkələr, çox güman ki, artıq orda idilər", - deyə Rusiya prezidenti bildirib.

"Həmin məqamda Gürcüstan tərəfindən yaranan təhlükənin qarşısını almaq, böyük sayda vətəndaşların xilası üçün bizim ordunun əməliyyatı çox zəruri idi. Və buna tam olaraq nail olduq", - deyə D.Medvedyev əlavə edib.