Tankların cəbhə xətinə irəliləməsi xəbərinə rəsmi açıqlama

2 Fevral 2014 22:33 (UTC+04:00)
Ermənistan Kütləvi İnformasiya Vasitələri Azərbaycan ordusunun tanklarının cəbhə xəttinə doğru irəliləməsi barədə xəbəri rəsmən təkzib edilib. Azərbaycan Silahlı Qüvvələrinin baş qərərgah rəisi Nəcməddin Sadıqovun ANS-ə verdiyi məlumata görə, erməni mətbuatında yazılanlar cəfəngiyatdır və Azərbaycan tankları həmişəki mövqeyində dayanıb.  Müdafiə Nazirliyi də son günlər cəbhə xəttində Azərbaycan ordusunun 8 hərbçi itirməsi, 20-dək hərbçinin isə yaralanması barədə erməni mətbuatının yaydığı xəbərlərin yalnış olduğunu bildirib.  Nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahli Azərbaycanin iki hərbçisi şəhid olduğunu, ermənilərin itkisinin isə onlarla olduğunu bildirib.