Baloğlan Əşrəfov: “Xanım müğənnilərdən çox kişilər qalmaqala əl atırlar”

6 İyun 2012 15:53 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov müğənnilərdən narazı olduğunu bildirib.

Əməkdar artist verdiyi açıqlamada bəzi müğənnilərin sənətlə məşqul olmadıqlarını qeyd edib.

"Bu gün elə müğənnilər var ki, səhnəyə çıxıb ifa etmək əvəzinə, qalmaqal edirlər. Hətta elə olur ki, onların danışıqlarından ifalarına vaxt belə qalmır.

Mən bu cür müğənniləri heç başa düşmürəm.

Onlar nədənsə heç cür başa düşmək istəmirlər ki, tamaşaçıların yaddaşında onların ifaları qalacaq, qalmaqalları yox. Məni ən çox təəccübləndirən isə, odur ki, bu gün xanım müğənnilərimizdən çox kişilər qalmaqala əl atırlar. Qadınları başa düşmək olsa da, qalmaqal edib populyarlaşmaq istəyən bəyləri başa dümək olmur", - Baloğlan Əşrəfov deyib.

Qeyd edək ki, müğənni bu gün bir çox ifaçılardan narazıdır.

"Əməkdar adını almış şəxs icazə verməməlidir ki, adı lazımsız söhbətlərdə hallansın", - Baloğlan Əşrəfov deyib.

Türkan Nadirqızı

Movqe.Az