Zəlzələ olub

3 Fevral 2014 11:59 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Yunanıstanın qərbində 6.1 böyüklüyündə zəlzələ meydana gəlib.


Amerika Geoloji Araşdırmalar Mərkəzi (USGS), zəlzələnin Bakı vaxtilə 07.08-də, Patras şəhərinin 122 kilometr qərbində, yerin 13,7 kilometr dərinliyində reallaşdığını bildirib. 


Can itkisi, xəsarət və ya maddi ziyan olub-olmadığına dair hələlik bir açıqlama verilməyib.