IPhone istifadəçiləri, ehtiyyatlı olun, yana bilərsiz!

3 Fevral 2014 12:52 (UTC+04:00)

ABŞ-da 13 yaşındakı bir şagirdin cibindəki iPhone partlayıb. Alovlanan kiçik qızın bədənində birinci və ikinci dərəcəli yanıqlar meydana gəlib.

Movqe.Az xəbər verir ki, Kennebunk məktəbində meydana gələn hadisədə 13 yaşındakı qız əvvəl partlayış səsi eşidib. Daha sonra tüstü qoxusu alan qız şalvarının yandığının fərqinə varıb. 

Qıza ilkin yardım edildikdən sonra, xəstəxanaya qaldırılıb. Burada hadisəyə cibindəki iPhonenin səbəb olduğu aydın olub.


Səlahiyyətlilər iPhonenin batareyanının həddindən artıq istiləşməsi nəticəsində yandığını, iPhonelarda bu cür hadisələrin nadir olaraq da olsa yaşandığını bildirib. 2009-ci ildə İngiltərə , Hollandiya , Fransa və İsveç kimi ölkələrdə iPhonelarda yanma və partlayış hadisələrinin yaşanmasından sonra Avropa Birliyi , iPhone və iPod Touch məhsulları haqqında istintaq başlatmışdı. Xatırladaq ki, 2011-ci ildə isə iPhone 4 markalı bir telefon Avstraliya Hava yollarına aid bir təyyarədə , uçuş əsnasında partlamışdı.