Milli Məclisin adı dəyişdirilə bilər

3 Fevral 2014 13:46 (UTC+04:00)

Millət vəkili Zahid Oruc Azərbaycan parlamentinin Millət Məclisi adlandırılmalı olduğunu vurğulayıb

Azərbaycan parlameninin adının dəyişdirilməsi təklif edilir. Movqe.az-ın məlumatına görə, bu təkliflə millət vəkili Zahid Oruc çıxış edib. O Azərbaycan parlamenti Millət Məclisi adlandırılmalı olduğunu deyib. 


"Azərbaycan parlamenti ötən əsrin 90-cı illərindən seçilmiş adla elə Milli Məclis olaraq da adlandırılır". 


Deputat qeyd edib ki, milli sözü konkret bir milləti deyil, çoxluğu ifadə edir. Azərbaycan da çoxmillətli ölkədir. 


"Biz Milli Bankın adını dəyişdirib Mərkəzi Bank qoyduq. Mən hesab edirəm ki, Milli Məclisin adı dəyişdirilərək Millət Məclisi olmalıdır. Lakin bu heç də Türkiyə parlamenti - TBMM adekvat addım atmaq, eyniləşdirmək, simvolik addım atmaqdan irəli gəlmir".