Xatundan yeni mahnı - "Sən gəlmədin"

3 Fevral 2014 15:29 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, son zamanlar həm zahiri, həm yaradıcılığı ilə gündəmdə olan müğənni Xatundan xəbər var. Beləki bu günlərdə müğənni yeni bir mahnısını dinləyicilərinin ixtiyarına verib. Xatun bu dəfə "Sən gəlmədin" dedi. Xatunun lirik notlar üstündə köklənənən yeni mahnısı- "Sən gəlmədin" onlayn musiqi məkanında 3-4 gün ərzində böyük dinləyici auditoriyasının marağına səbəb olub.

Yeri gəlmişkən, əməkdaşımız Xatunla əlaqə saxlayıb yeni mahnısı barədə suallar ünvanlayıb. Müğənni bildirib ki, yaxın müddətdə " Sən gəlmədin"ə klip çəkdirməyi nəzərdə tutur. Hazırda klipin hansı rejissora həvalə olunacığı barədə danışıqlar aparılır.

Xatunun ifasına musimqiyə gəlincə isə həqiqətən müğənninin ifası özünəməxsus maraqlıdır. Elə mahnının usiqisi ilə sözləridə biri birini tamamlayır. Güman etmək olar ki, Xatunun "Sən gəlmədin"indən hələ çox danışılacaq. "Mahnı ilin hitləri arasında yer alacaq". Bu sözləri müğənninin prodüseri əminliklə dilə gətirdi.