Beynəlxalq Böhran Qrupu: Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginləşmə son illərdə görünməmiş səviyyəyə çatıb

3 Fevral 2014 17:33 (UTC+04:00)

Qeydə alınmış toqquşmaların və bəzi rəsmi şəxslərin bəyanatlarının xarakteri son illərdə görünməmiş gərginləşmənin olduğuna işarə edir. 

 

APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Böhran Qrupunun bülletenində bildirilir. 

 

Qeyd olunur ki, yanvarın 20-dən başlamış gərginləşmə nəticəsində münaqişə tərəfləri istər vəzifəli şəxslər, istər də KİV tərəfindən düşmənçilik ritorikasına qaydıb. Bununla yanaşı tərəflər bir-birini zorakılıqda ittiham edir.  

 

Təşkilat qeyd edir ki, təmas xəttindəki toqquşmaların detalları hələ də aydın deyil. 

 

Beynəlxalq Böhran Qrupu xatırladır ki, bu məsələ yanvarın 24-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşündə müzakirə olunub. Həmin görüşdə vasitəçilər öz narahatlığını ifadə edib və tərəfləri hərbi əməliyyatlara son qoymağı çağırıb.