Nazirlər Kabineti Təhsil Nazirliyinin
təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin
yaradılması barədə qərar verib və 2011-ci il 15 iyul tarixli 118
nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı"nda dəyişiklik edib. Movqe.az-ın verdiyi məlumata
görə, dəyişikliyə əsasən Təhsil Nazirliyinin təsərrüfat hesablı
Əsaslı Tikinti İdarəsinin bazasında Təhsil Nazirliyinin təsərrüfat
hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yaradılıb. Təhsil
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısının "Təsərrüfat hesablı təşkilatlar" bölməsində "Əsaslı
Tikinti İdarəsi" sözləri "Əsaslı Tikinti və Təchizat İdarəsi"
sözləri ilə əvəz edilib.