Prezidentdən pensiyaların artırılması ilə bağlı qərar

3 Fevral 2014 20:02 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. "APA-Economics"in məlumatına görə, Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2013-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2014-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.