Uşaqlara hər gün süd içirək

3 Fevral 2014 20:16 (UTC+04:00)

Kürdəmir Süd Kompleksində açıq qapı günü keçirilib. "Azərsun Holding"dən Movqe.az-a verilən xəbərə görə, ölkəmizdə günlük südün yeganə istehsalçısı olan kompleksdə günlük "Azərsüd" markasının istehsal prosesi nümayiş olunub. Təzə süd məhsullarının istehsal prosesini əyani şəkildə müşahidə etmək üçün media nümayəndələri Kürdəmir Süd Kompleksində oldular.Süd istehsalı kompleksinin istehsal sahələrini əyani şəkildə müşahidə edən KİV nümayəndələri həmçinin zavodda istehsal olunan təzə süd, uzunömürlü süd (UHT), pendir, qatıq, ayran və s. digər məhsul növləri haqqında mütəxəssislər tərəfindən ətraflı məlumat alıblar. Media nümayəndələri ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya ilə də tanış olub burada istehsal olunan məhsulların son texnoloji laborator şəraitdə işlənməsi və süfrələrə gələnə qədər keçdiyi bütün prosesləri maraqla izləyiblər. Daha sonra südlük heyvanların saxlandığı müasir anqar tipli tövlə və ferma ilə tanış olan jurnalistlər burada yaradılan şəraitin son dərəcə müasir texnologiyaya malik olduğunun şahidi olublar.Bildirilib ki, bu layihənin əsas özəlliyi bəslənən heyvanların təbii şəraitdə, torpaqla daim təmas halında yemlənməsi və nəticədə zəngin tərkibli süd tədarük olunmasıdır. Kürdəmir süd emalı zavodunda istehsal edilən bütün süd və süd məhsulları 100% inək südündən əldə edilir və tamamilə təbiidir.Bununla yanaşı mütəxəssislər təkcə uşaqların deyil, böyüklərin də sümük və əzələ möhkəmliyi üçün süd və süd məhsullarından gündəlik olaraq istifadə edilməsini tövsiyyə edirlər.Hər bir insan gündəlik olaraq kalsium və fosfor qəbul etməlidir. Bunlar isə süd və süd məhsullarından əldə edilir. UHT(Ultra High Tecnology) süd: olduqca bahalı texnologiya ilə sterilizə edilərək (135C-də) gigyenik şəraitdə steril tetrapak qutularda qablaşdırılaraq əldə edilən süd çeşididir.