Vəkil arvadının cinsiyyət orqanına salafan turba əridib, tökən manyak ərdən danışdı - MÜSAHİBƏ

3 Fevral 2014 23:20 (UTC+04:00)

Bu dəfə Mövqe.az-ın suallarını tanınmış vəkil Zülfiyyə Bayramova cavablandırıb:

1.Deyəsən məhkəmədən gəlirsiniz. Yorğun görünürsünüz. Necə keçdi?

Elə məhkəmədən gəlirəm. Çox ağır məhkəmə idi. Yenə də boşanma... Deməli, 3 ildir bir qadın boşanmaq istəyir. Təsəvvür edin, əri də boşanmaq istəyir. Uşaq necə yaşayır heç o kişi üçün fərqi yoxdur. Amma qızın anası qızına icazə vermir boşanmağa ki, qonum-qonşu var, onlar bizə nə deyər. Qız baş götürüb evdən qaçıb və boşanmağa qərar verib. Qızı mən müdafiə edirdim. Ana görüb ki, qıza gücü çatmır, qızı əlindən çıxıb, mənə zəng vurub, deyir ki, sən axı niyə mənim qızımı müdafiə edirsən. Qadınla dil tapa bilməsəm də, qızın dayısı zəng edəndə başa saldım ki, mənə müraciət edən 18 yaşdan yuxarı hər kəsin hüququnu müdafiə etməyə borcluyam. Bu gün də həmin qızın məhkəməsi idi. Anası məkəmədə bir qalmaqal salıb ki, siz niyə mənim qızımı boşayırsınız.

2. Ümumiyyətlə, boşanmaq üçün sizə daha çox qadınlar yoxsa kişilər müraciət edir ?

Hər iki tərəf boşanma üçün müraciət edir. Amma kişilər daha çox boşanıb canlarını qurtarmaq, qadınlar isə daha çox maraqlanır ki, mən necə edim həm boşanım, həm də ki, kişidən necə heyif çıxım. Qadınlar müraciət edəndə daha çox qisas almaq istəyirlər. Nə qədər başa salmağa çalışsaq da ki, bu alınmadı dost kimi ayrılın, başa düşən olmur. Bir məhkəmə zamanı kişi qadını boşadı. Qadın da uşaqlarından imtina etdi. Bildirdi ki, anam deyir uşaqları at üstünə gör necə yalvaracaq. Mən nə qədər dedimsə də, etmə anlamadı. Bildirdim ki, sənin uşaqlardan imtina etməyin bir daha uşaqlarının sənə qayıda bilməməyi deməkdir. Düşün. Qız mənə qulaq asmadı uşaqları atdı oğlanın üstə... Hətta rəsmi surətdə də məhkəmədə öz uşaqlarından imtina etdi. Çox qəribə hadisə baş verdi. Uşaqlardan imtina yazılan kimi, oğlan başqa bir qızı dəvət etdi məhkəmə zalına və bildirdi ki, bu qadınla rəsmi nikaha girib. Çünki uşaqlarına bir ana lazımdır. Bildirdi ki, uşaqların doğma anası da öz istəyi ilə uşaqlarından imtina etdiyi üçün xahiş edirəm analığı bu həyatyoldaşıma həvalə edəsiniz. Həmin qadın isə qaldı uşaqlarsız və bu gün də uşaqlarını geri ala bilmir. Və elə bir qanun da yoxdur ki, ona uşaqlarını almaq üçün kömək edə bilsin.

3. Boşanan ailələrdə daha çox travma alan uşaqlar olur deyirlər, razısınızmı ?

Yox, razı deyiləm. Elə mədəni ailələr var ki, boşanıblar. Amma uşaqlar çox da xoşbəxt yaşayır. Mən bu misalı həmişə çəkirəm. Bir evdə ata və ana da var. Amma uşaqlar qorxu içərisində yaşayır ki, görəsən bu gün atam işdən gəlib anamı döyəcək? Anam yenə ağlayacaq? Görəsən nə baş verəcək? Belə uşaq yaxşıdır yoxsa ayrılandan sonra rahat qorxusuz yaşayan uşaq? Bilirsinizmi, bu gün cəmiyyətdə sevgisiz ailələr qurulur. Ana –ata uşaqları məcburi evləndirirlər. Düşünürlər ki, evlənəndən sonra sevərlər. Ancaq evlənirlər yenə sevgi olmur. Bu zaman ağbirçəklər, ağsaqqallar bir yerə toplaşıb deyirlər ki, uşaq həyata gətir, kişi sənə bağlansın. Bax ən çox əziyyət çəkən o uşaqlar olur. Əri sevdiyi üçün yox, sadəcə əri bir ip kimi özünə bağlamaq üçün həyata gətirilən uşaqlar bəli, sonradan çox əziyyət çəkir.

4. Zülfiyyə xanım sizin özünüzdə də birinci nikah alınmayıb. Ancaq əksər qadınlardan fərqli olaraq siz boşanmısınız, bu gün də ikinci nikaınızda çox xoşbəxt görünürsünüz. Siz bir qadın olaraq boşanmaq istəyib, amma boşana bilməyən, buna risk etməyən, az qalıb, səbr et düzələcək, uşaqlarım var deyə düşünən xanımlara bir qadın olaraq nə məsləhət verərdiniz?

Deməli, bu suala mən vəkil kimi cavab verməyəcəm. Çünki vəkilin ilk misisyası barışdırmaqdır. Amma bir qadın olaraq deyə bilərəm ki, əgər bir evdə yaşayan istər kişi, istərsə də qadın biri-biri ilə yola gedə bilmirsə, bu o demək deyil ya qadın ya da kişi pisdir. Bəlkə də, onlar ayrı-ayrılıqda çox da normal insanlardır. Sadəcə bir yerdə tutuşa, uyğunlaşa bilmədilər. Əsarət altında yaşamaqdansa hər iki tərəf bir-birinə azadlıq verib, ayrılmalıdırlar. Ayrılıq ona görə olmalıdır ki, hər iki tərəf özünə bab olan insanı tapsın. Ən çox rast gəldiyim şey insanlar söyləyir ki, aaa filankəs gülkimi qız idi, o da gül kimi oğlan idi, niyə boşanırlar. Bəli, həmin kəs gül kimi qız və ya gül kimi oğlan ola bilər. Amma o gülkimi qızla o gülkimi oğlanda bir yerdə alınmır. Ayrı-ayrılıqda onlar xoşbəxt ola bilərlərsə, bu şansı özləri bir – birlərinə verməlidirlər.

5. Dediniz ki, hər kəs özünə bab olan insanı tapmalıdır. Deyə bilərikmi siz bu gün özünüzə bab olan insanla bir yerdəsiniz. İlqar Mikayıloğlu siz deyən insandırmı?

İlqar Mikayıloğlu ilə mənim aramda evlilikdən əvvəl dostluq gəlir. Biz hər şeydən öncə bir-birinin ən yaxın dostuyuq. Bəzən olur ki, mən də ruh düşkünlüyü olur. Hər hansı bir məhkəməni uduzuram pis oluram. O, mənə məyus olanda çox dəstək olur.

6. Necə dəstək olur?

Məsələn, deyir, sən uda da bilərsən, uduza da bilərsən. Amma bu heç nəyi dəyişmir. Əsas odur sən o düşdüyün durumdan çıxış yolu tapasan. Mənim sevdiyim qadınsan. Sən güclü olmalısan, güclüsən və s. kimi sözlər deyir, məni ruhlandırır. Mən də düşünürəm ki, əgər mənim sevdiyim insan sevdiyi qadını daim ayaqüstə, başı uca görmək istəyirsə, deməli bu belə də olmalıdır.

7.Ən çox nə üstə mübahisə edirsiniz ?

Tam səmimi deyirəm, aramızda ciddi dava olmayıb. Bəzən fikir ayrılığı olsa da, sonda hər ikimiz də gülərək ortaq məxrəcə gəlmişik.

8. Bu yaxınlarda müğənni Arzu Harunu müdafiə edib, qalib gəldiniz. ( sözümü kəsir- red)

Xahiş edirəm bu haqqda danışmayaq. Mən onu müdafiə etdim, məhkəmədə qalib gəldim. Amma onun cavabı o oldu ki, hansı vəkil olur olsun, onsuzda o məhkəməni udacaqdı. Ona görə susuram. Hər hansı bir əyalətdən gələn qadının boşanma üçün mənə müraciəti kimi, o işi qəbul etdim və məhkəmədə uddum. Heç bir fərq qoymuram. Vəssalam.

9. Ən çox yaddaşınızda qalan, müdafiə edib, halına acıdığınız bir durum olubmu?

Olub. Bu hadisə Xəzər rayonunda baş verib. Mahmud adlı bir kişi Gülnarə adlı bir qadınla ailə həyatı qurub. Rəsmi nikadan 3 övladları var. Bilmirəm həmin kişini dəlimi, manyakmı, mazaxistmi adlandırım... Hər nəysə. Deməli bu kişi qadına işgəncə verməkdən həzz alırmış. Bir neçə dəfə həyatyoldaşına işgəncə verib. Birinci dəfə öz qadınını soyundurub, əl-ayağını bağlayıb və salafan turbaları yandırıb, damcı-damcı töküb bu qadının bədəninə... Qadın qaça bilib. Amma ata-anası deyib ki, sən ərə getmisən, meyidin o evdən çıxacaq. Təkrar qadını o kişiyə veriblər. Qadını gətirən kişi yanan kömürləri qadının dizi altına qoyub və onu qarşısında diz çökdürüb. Bununla ürəyi soyumayan kişi, qadının əl-ayağını bağlayıb, həyatyoldaşının cinsiyyət orqanına turba salıb. Həmin turbadan isə isti qaynar suyu töküb. Daha sonra əriyən salafan turba damcılarını ora töküb. Hətta inanın bununla da dincəlməyən kişi qadını otuzdurub, kislotanı boynunun arxasından töküb və kağızı yandırıb, ora atıb. Qadının ah-naləsi yeri-göyü dilə gətirib. Qonşular yığışıb, gəlib, qadını təcili yardımla xəstəxanaya çatdırıblar. Ən dəhşətlisi də budur ki, bütün bu hadisələri ata öz azyaşlı uşaqlarının gözü qarşısında edib. Qadın o evdə necə əziyyyət çəkib , amma ata-ana yenə deyir boşanma. Həmin kişi əvvəl də məhbus həyatı yaşayıb.

10. İlk nə cinayət işləyib?

Deməli 3 dost olublar. Yeyib, içiblər, dava düşüb. Bir dostu öldürüb və aparıb, ölmüş atasının qəbrində dostunu da basdırıb.

11. Qaynana gəlin məhkəməsi ilə bağlı sosial şəbəkədə fikir bildirmişdiniz. O nə məsələ idi?

Deməli, məhkəmədə bir gün vəkil kürsüsündə oturmuşdum, gördüm ki, bir yaşlı qadın gəlib, oturdu. Sonra öyrəndim ki, 83 yaşı var. İçimdə özzümlə danışırdım ki, bu yaşlı vaxtında görəsən bu qadının məhkəmədə nə işi var ? Elə ürəyimdə götür-qoy edirdim ki, gördüm qadın əli ilə məni yanına çağırdı. Özü qalxıb gələ bilmirdi, mən durub, getdim yanına, oturdum qadının yanında... Qadın sözə başladı. Deyir mənə ki, sən ürəyində fikirləşirsən ki, bu yaşda qadının məhkəmədə nə işi var. İndi mənim qəbirsantanlıqda qapı kəsən vaxtımdır, gəlib məhkəmə qapısını kəsmişəm. Amma qızım yadında saxla məhəməyə də iki cür gəlirlər. Bir özün gəlirsən, iki səni gətirirlər. Məni bura gətiriblər, mən özüm gəlməmişəm. Məhkəmə başladıqdan sonra məlum oldu ki, bu qadının gəlini iddia verib, yaşadığı evdən bu qaynananı çıxartsın. Məni kövrəldən o oldu ki, bütün məkəmə boyu həmin qadın çox hayasızcasına (üzr istəyirəm bu ifadəni işlətdiyimə görə - red) danışdı, ancaq qaynana susdu. Sonda hakim qaynanaya söz verdi. Dedi ki, mülkiyyətçi sənsən, ancaq gəlin sənə qarşı iddia qaldırıb, sözün nədir, fikrin nədir. Qadın danışmağa başladı. Hakimə oğlum deyə müraciət etdi. Bildirdi ki, 5-6 saylı gün ömrü qalıb. Və hakimdən rica etdi ki, onu Qocalar evinə təhvil versin və yaşadıqları evi də gəlinə versin. Qaynana bildirdi ki, əgər o gəlinlə birlikdə həmin evin qapısından birlikdə çıxıb məkəməyə gəliblərsə, deməli o evə birlikdə qayıda bilməzlər. Məhkəmə düzdü elə qərar vermədi, ev qaynanada qaldı. Amma qadın hüzur içində yaşamaq üçün " Qocalar evində" yaşamağa da razı idi.

12. Zülfiyyə xanım, siz vaxtilə "Ans"-də "Hökm" verlişini aparanda öncə görücü Zirrədinlə də probleminiz olmuşdu. Demişdiniz ki, Zirəddin öncə görücü idisə öz qəzasını niyə görə bilmədi. O, da sizi psixolojı problemləri olan insan kimi qələmə vermişdi. İndi münasibətlər necədir?

Bu hardan yadınızda qalıb. (gülür-red) Bilirsinizmi, mən Allahdan başqa heç nəyə inanmıram. Allahın adından istifadə edən insan deməyə belə ona dilim gəlmir. Şeytanlara isə baxıb gülürəm. Zirəddin də gülüb keçdiklərimdən biridir. Zirəddin deyir ki, Həzrəti Məhəmmədin də oğlu olmayıb, ancaq hər kəsə şəfa verib. Bir şeytanın Allahın peyğəmbərinin adını çəkməsi sadəcə ayıbdır. Həzrəti Məhəmməd əli Quranlı ümməti təbliğ edirdi. Zirəddin isə yarıçılpaq şou əhli təbliğ edir. İndi görün kimin psixolojı durumu yerində deyil. Mənim ya ki, onun ? ( gülür-red)

Qeyd edək ki, bu müsahibə Party Pizza restoranında baş tutub. Ünvan: Nərimanov metrosu, Nərimanov parkı yaxınlığında M.Mammadzadeh 13.