Nadir Qafarzadə hər ay kimə hədiyyə alır ?

4 Fevral 2014 14:36 (UTC+04:00)
Müğənni Nadir Qafarzadə hər ay sevib, seçdiyi həyatyoldaşına nə isə hədiyyə alır. Bu barədə Mövqe.az-a danışan ifaçı bildirib: 


" Hədiyyə bağışlamağı çox sevirəm. Hər ay həyatyoldaşım Sevaya mütləq nə isə alıram. Ona hədiyyə verməsəm ürəyim partlayar. Ancaq Seva belə şeyləri xoşlamır. Ancaq mən onu sevindirmək üçün bunu edirəm. Çünki o buna laiqdir. Və mən onunla çox xoşbəxtəm". 


Qeyd edək ki, Nadir Qafarzadə 10 ildən artıqdır ki, xanımı ilə evlidir və onların bu nikahdan 2 oğul övladları var.