Rusiyada əhalinin 73% sabitliyi azadlıqdan üstün tutur

4 Fevral 2014 19:48 (UTC+04:00)

Movqe.az-ln "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu qənaətə sosioloqlar keçirdiyi rəy sorğusundan sonra gəliblər. Məlub olub ki, sabitliyi azadlıqdan üstün tutan rusiyalılar arasında həm gənc nəslin (18-30 yaş – 69%), həm də yaşlı nəslin (31-45 yaş – 72%, 46-60 yaş – 76%) nümayəndələri var. Rəyi soruşulanların 54% bildirib ki, bəzən maddi rifah naminə azadlıqlarını qurban verməli olub.