Azəri qızı Günel azadlıqdan məhrum oluna bilər !

5 Fevral 2014 11:25 (UTC+04:00)

Azəri qızı Günel həbs oluna bilər. Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Köhnə sevgilisi Rza Zərrabı " başına sıxaram "deyərək ölümlə təhdid etdiyi iddiasıyla mühakimə olunan müğənniyə 6 ay həbs cəzası irəli sürülüb. Yenidən cinayət işlətməyəcəyi təqdirdə məhkəmə bu hökmün icrasını təxirə salıb. 


Məlumat üçün bildirək ki, bir müddət əvvəl Günel Zeynalova eks-sevgilisi R.Zərrabla olan telefon danışıqlarını mediaya təqdim etdiyi üçün də məhkəməlik olmuşdu. Sənətçiyə həmin vaxt verilən 9 aylıq həbs cəzası da təxirə salınmışdı.