Azərbaycanlı qadınların daha çox fahişəliklə məşğul olduğu məkanlar-Eksklüziv

5 Fevral 2014 16:46 (UTC+04:00)
Türkiyənin turistik zonaları azərbaycanlı fahişə qadınlar üçün əsl biznes məkanı hesab olunur. Bu sözləri Movqe.az-a açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova verib. M. Əzizova bildirib ki, hazırda qış ayları olduğundan Türkiyədə fahişəliklə məşğul olan qadınların çoxu hazırda öz ölkəsindədir: C. Onların çoxu Türkiyənin müxtəlif ərazilərindəki turizm məkanlarına üz tuturlar. May-iyun aylarından etibarən Azərbaycandan Türkiyənin müxtəlif turizm məkanlarına çoxlu sayda fahişəliklə məşğul olan qadınlar yollanır.  Həmin məkanlara əcnəbilər daha çox gəldiyindən seks biznesin inkişafı üçün əlverişli mühit yaranır. Türkiyədə fahişəlik leqal olduğundan, yüngül həyat tərzini seçən azərbaycanlı qadınlar son vaxtlar əsasən bu ölkəni seçir".